22 fevral 2016 00:05

Fariz Nəcəfov: Qəbələdə çatışmazlıqlar var, amma psixoloji baxımdan hər şey yaxşıdır

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Rəvan"a qarçı keçirdikləri oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- Gərgin oyun alındı. Bu qədər çətin olacağını düşünmürdüm. Hücumda ələ düşən şanslardan lazımınca yararlana bilmədik.

- Ardıcıl üç qələbədən sonra "Qəbələ"də hər şeyin qaydasında olduğunu demək olar?
- Hər şeyin qaydasında olduğunu deməzdim. Çatışmazlıqlar var. Amma psixoloji baxımdan hər şey yaxşıdır.

- Elə isə komandada nə çatışmır?
- Hücum xəttində çatışmazlıqlar var. Dodo və Aleksey Antonovun yoxluğu sözünü deyir.

- Bəs qış fasiləsində hücum xəttini niyə gücləndirmədiniz?
- Əslində oyunçu axtarırdıq. Amma tapa bilmədik. Variantlar da var idi. Sadəcə, danışıqlar uğurlu alınmadı.

- Deməli, Ermin Zetslə Aleksey Antonovdan razı deyilsiniz?
- Onların hər ikisi güclü oyunçudur. Amma mən gözləiyimi görə bilmirəm. Zets bu ilə yaxşı başlayıb, iki qol da vurub. Antonov isə mövsüm ərzində altı dəfə fərqlənib. Buna baxmayaraq, onlardan daha artıq məhsuldarlıq gözləyirəm.

- Belə getsə, onların yayda başqa kluba keçməsi mümkündür?
- Bu barədə bir söz deyə bilmərəm. Belə məsələləri baş məşqçi həll edir.

- "Qəbələ"nin son turlardakı çıxışı ötən mövsümü xatırladır. O vaxt da mövsümün ikinci yarısına pis başladınız, sonra ardıcıl qələbələr sayəsində avrokuboklara vəsiqə qazandınız...
- Bu mövsüm çempionluğa oynayırıq. Amma ötən mövsüm "Zirə" kimi komanda yox idi. Bu klub hazırda hər kəsi təəccübləndirir. Qısa müddət ərzində elə güclü komanda yaradıblar. Bizim də üç futbolçumuz hazırda icarə əsasında həmin komandada çıxış edir. Bu, sevindirməyə bilməz. Onları icarə verdiyimizə görə təəssüflənmirik. Çünki bizdə qalsaydılar, bu qədər oyun şansı qazana bilməyəcəkdilər.

- Klubun büdcəsi devalvasiyadan sonra azalmayıb?
- Xeyr. Müəyyən islahatlar oldu. Uşaq komandaları arasında təşkil olunan turnir ləğv olundu. Çünki onun böyük büdcəsi var idi. Həmin məbləği başqa ehtiyaclarımıza yönəldəcəyik. Stadionumuzun təmiri ilə də məşğuluq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.