21 fevral 2016 19:30
Roman Qriqorçuk: İkinci hissədə daha yaxşı oynadıq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Üç xal qazandığımıza görə sevinirik. Birinci hissədə elə də yaxşı təsir bağışlamadıq. Bəlkə də bu, süni örtüklü meydana alışmadığımıza görə idi. İkinci hissədə isə daha yaxşı çıxış etdik, qol vura bildik. Son oyunlarda az qol vurmağımıza gəlincə, biz də hər görüşdə çox qol vurmağı çox istəyirik. Qol buraxmamağımız da çox yaxşıdır. Amma heç bir oyuna yalnız 1:0 hesabıyla qalib gəlmək üçün çıxmırıq". (CBC)
