Adil Şükürov: XL kimi döyüşkən rəqibə qalib gəldiyimiz üçün sevincliyik
"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Azarkeşlərə kluba bu cür dəstək göstərdiklərinə görə təşəkkürümü bildirirəm. "Xəzər Lənkəran" döyüşkən komandadır. Sevinirik ki, bu oyunda qalib gəldik. Yovan Krnetanın gözlənilməz zədəsi planlarımızı korladı. Amma əvəzetmə oyunumuza elə də ciddi təsir göstərmədi. Nelson Bonilya da meydana hərarəti ola-ola çıxmışdı, amma pis oynamadı. Komandamızda zədəlilər çoxdur. Növbəti oyuna kimi onların sağalıb sıraya dönəcəyinə ümid edirik. Növbəti turda bizi "Neftçi" ilə oyun gözləyir. Çətin olacaq. Bizim üçün vacib görüşlərdən biridir". (СВС)
