21 fevral 2016 16:00
Elbrus Məmmədov: Xəzər Lənkəranda hər şey var, sadəcə, qol çatışmır
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Şəxsən Adil Şükürovu da belə yaxşı komanda yaratması münasibətilə təbrik edirəm. Bu gün biz qol vurmaq istəyirdik. Bunun üçün çoxlu məşq də etmişdik. Amma bacarmadıq. Fikrimcə, komandamızda hər şey var. Sadəcə, qol çatışmır. Ümid edirəm ki, hər şey yaxşı olacaq". (СВС)
