21 fevral 2016 14:00
Emin Nurinin komandası qrup mərhələsinə qələbə ilə başladı
İsveç kubokunda qrup mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Emin Nurinin komandası - "Kalmar" da kubokda növbəti görüşünə çıxıb.
Sözügedən komanda 4-cü qrup çərçivəsində doğma meydanda "Varnamo" ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nuri start heyətdə çıxdığı bu görüşdə sonadək meydanda olub.
Xatırladaq ki, "Kalmar" kubokun ilkin təsnifat mərhələsində "Halmia" ilə duellərdən qalib ayrılmışdı (1:1, 4:2).
