21 fevral 2016 13:30

Rahid Əmirquliyev: Hələ ki, yaxşı formada deyiləm

"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Neftçi" üzərində qələbəni necə şərh edə bilərsiniz?
- Çətin oyun olacağını bilirdik. Başa düşürdük ki, "Neftçi" turnir cədvəlinin ortalarında qərarlaşsa da, həmişə güclüdür. Amma biz öz oyunumuzu sərgiləyib, qalib gəldik. Bu qələbəyə görə çox sevincliyik.

- Sizcə, öz oyununuzu göstərə bildiniz?
- Əlbəttə, rəqib buna tam imkan vermədi. Amma əsas odur ki, qalib gəldik.

- 81-ci dəqiqədə meydana çıxdınız. Öz oyununuz barədə nə deyərdiniz?
- Hardasa bir ay idi oynamırdım. Zədəli oldum, buna görə müalicə aldım. Hələ ki, yaxşı formada deyiləm. Əvvəlki formamı bərpa edib, komandama kömək etmək istəyirəm.

- Erkən qolu qəbəbənizdə həlledici amil saymaq olar?
- Bəli, erkən qol bizim qələbə qazanmağımıza çox kömək etdi. Erkən qol həmişə faydalı olur. "Neftçi" meydanda açıq futbol sərgiləməyə başlayandan sonra bizə daha rahat oldu.

- "Qarabağ"la "Neftçi" arasındakı oyunlar gərginliyi ilə seçilir. Bu atmosferi hiss etdiniz?
- Bu, turun mərkəzi oyunu idi. Ajiotaj da var idi. Azarkeşlər də az deyildi. Oyun maraqlı oldu. Əvvəllər "Xəzər Lənkəran"la "Neftçi" arasındakı maraqlı olurdu. İndi isə gördüyünüz kimi, "Xəzər Lənkəran"dakı vəziyyət yaxşı deyil. Bu üzdən də hazırda turun mərkəzi oyunu "Qarabağ"la "Neftçi" arasındakı oyunlardır.

- Siz bu atmosferi hiss etdiniz?
- Bəli, hiss olunurdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.