21 fevral 2016 13:00
Matiya Şpiçiç: İnterdən söz versələr də, hələ bir qəpik də ödəməyiblər
"İnter"in sabiq müdafiəçisi Matiya Şpiçiç bəyan edib ki, keçmiş klubunun ona olan borcu hələ də ödəməyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Osiyek"dəki işlərim yaxşı gedir. Amma "İnter"lə olan problemlə bağlı eyni sözləri deyə bilmərəm. Onlar sözlərini tutmurlar. Mənə olan borcu ödəməyə söz vermişdilər. Amma hələ də bir qəpik belə almamışam. Gözləyirəm".
