21 fevral 2016 12:30
Eddi İsrafilov yenə fərqləndi, komandası qalib gəldi
Futbol üzrə İspaniyanın ikinci liqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə "Ponferradina" ilə qarşılaşıb. Matç "Kordoba"nın qələbəsi ilə başa çatıb - 3:1. Eddi yeni komandasında ilk dəfə məhz bu qarşılaşmada start heyətdə meydana çıxıb. Əvvəlki görüşlərdə İsrafilov sonradan meydana buraxılırdı. O, hesab 2:0 olarkən, 75-ci dəqiqədə əvəzlənib. 52-ci dəqiqədə isə millimizin üzvü sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 43 xalla 22 komanda arasında üçüncü pillədə qərarlaşıb.
