21 fevral 2016 11:30

Qurbanov: Hamı fərdi oyuna üstünlük verdiyindən, Neftçidə komanda oyunu alınmadı

"Neftçi"nin müdafiəçisi Kamal Qurbanov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyundan sonra "Neftçi"nin əksər futbolçuları klubun avtobusuna axışsa da, az müddətdən sonra yenidən paltardəyişmə otağına qayıtdınız. Niyə?
- Mən də avtobusa gedənlər arasında idim. Çünki yuyunmaq üçün su yox idi. Amma bizdən paltardəyişmə otağına qayıtmağı xahiş etdilər. Klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev bizimlə görüşmək istəyirdi.

- Sirr deyilsə, nə danışdınız?
- Oyuna görə təşəkkür etdi. Məyus olmamağı, bu oyunu unudub, növbəti görüşlərə hazırlaşmaq lazım olduğunu bildirdi.

- Bəs siz özünüz oyunla bağlı nə düşünürsünüz?
- Oyunumuz getmədi. Hər kəs fərdi oyuna üstünlük verdiyindən, komanda oyunu demək olar ki, alınmadı. Amma "Qarabağ"da bu baxımdan hər şey qaydasında idi.

- İnanmaq olmur ki, Əsgər Abdullayev futbolçulara fərdi oynamaq tapşırığı versin...
- Biz komanda oyunu sərgiləməli idik. Oyundan sonra baş məşqçi də bildirdi ki, belə oynamaq olmaz. Hər futbolçu oyunu öz üzərinə götürməyə çalışsa, heç nəyə nail ola bilmərik. Bu cür davam etmək olmaz.

- Bəs sizin Riçard Almeyda ilə nə probleminiz var idi?
- Bunlar hamısı oyunun gərginliyindən yaranan emosiyalar idi. Bir epizodda mən ona qarşı çox kobud oynadım. Əsəblərimi saxlaya bilmədim. Sadəcə, uduzmağımızı istəmirdim.

- Sizcə, bu oyunun ən yaxşıları kimlər idi?
- Dani Kintana və Riçard Almeyda. Ola bilər ki, onlar mənim mövqeyimdə oynadığına görə təkcə bu iki futbolçu diqqətimi çəkdi. Hər halda rəqibin bütün futbolçuları meydanda yaxşı təsir bağışladılar.

- Bu məğlubiyyətdən sonra "Neftçi"nin çempionluq şanslarının heçə endiyini söyləmək olar?
- Hər şey özümüzdən asılıdır. Hər bir oyuna final gözü ilə baxmalıyıq. Qarşıda hələ çox oyun var. Hər şey yaxşı olacaq.

- Məqsəd İsayev zədələnəndən sonra daha çox oynayırsınız. Sizə elə gəlmir ki, onun qayıdışından sonra yenidən ehtiyatda qalmalı olacaqsınız?
- Hər şey məndən və İsayevdən asılıdır. Kim daha yaxşı hazırlıqlı olacaqsa, o da oynayacaq. Baş məşqçi çətin ki, futbolçular arasında fərq qoysun. Məqsədin də tezliklə sağalmasını arzulayıram. Rəqabət heç kimə mane olmur.

- Qarşıda "Zirə" ilə oyun var. Hansı ki, siz bu komandaya hələ qalib gələ bilməmisiniz...
- Rəqib nə qədər yaxşı komanda olsa da, biz ancaq qələbəyə oynayacağıq. Başqa çıxış yolumuz yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.