21 fevral 2016 00:30
Nazarov oynamadı, Karlsrue xal itirdi
Almaniya ikinci Bundesliqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Haydenhaym"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 2:2 hesablı heç-heçəyə razılaşıb. Nazarov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Karlsrue" hazırda 30 xalla 18 klub arasında 9-cu pillədə qərarlaşıb.
