21 fevral 2016 00:20
Maksim Medvedev: Neftçi ilə oyun bizim üçün uğurlu alındı
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Neftçi" üzərində qazandıqları qələbəni (2:0) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Oyun bizim üçün çox uğurlu alındı. Üç xal qazanmaq vacib idi. Rəqib güclü komandadır, gənc futbolçulardan təşkil olunub. Bəzi epizodlarda onlar hətta bizdən də yaxşı çıxış etdilər, istəkli idilər. Amma biz ələ düşən qol şanslarından yararlana bildik və qələbə qazandıq. "Zirə" ilə aramızda xal fərqi elə də çox deyil. Bu üstünlüyü ardıcıl iki uğursuz oyunla əldən verə bilərik. Çempionatda bütün komandalar digərlərindən xal ala bilər". (CBC)
