21 fevral 2016 00:05

Muarem Muarem: Neftçi ilə oyuna yaxşı başladığımız üçün qalib gəldik

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Neftçi" üzərində 2:0 hesablı qələbə qazandıqları oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin olacağını bilirdik. "Neftçi" son turlarda uğurlu çıxış edirdi. Oyunlarını izləmişdik. Amma biz bu gün oyuna yaxşı başladıq və nəticədə qalib gəldik. Buna görə şadıq.

- "Neftçi"yə qarşı əvvəllər də oynamışdınız. Bu komanda çoxmu dəyişib?
- Çoxlu gənc futbolçu peyda olub. Amma yenə də bu komandaya qarşı oyunlarımız çətin olur. Onlar özlərini yaxşı tərəfdən göstərə bildilər.

- Əvvəlki Muaremi nə vaxt görə biləcəyik?
- Son 5-6 ayda Türkiyədə olarkən 3-4 oyunda meydana çıxmışdım. İndi öz üzərimdə çalışıram. Komandaya daha çox fayda vermək üçün əlimdən gələni edirəm.

- Deməli, sizdə əsas çatışmazlıq oyun təcrübəsi ilə bağlıdır?
- Bəli. Bu da normaldır. Çünki uzun müddət idi meydandan kənarda qalmışdım. Əvvəlki formanı yığmaq üçün vaxt lazımdır.

- Əksəriyyət bu oyunun bol qollu və aqressiv alınacağını düşünürdü. Sizcə, niyə gözləntilər özünü doğrultmadı?
- Prinsipcə, hər şey necə lazımdı, elə də alındı. Aqressivliyə də ehtiyac yox idi. Ümid edirəm ki, bütün oyunlar belə keçər.

- "Qarabağ" bu mövsüm ilk dəfə "Neftçi"yə qalib gəldi. Qurban Qurbanov bunun üçün nəsə hazırlamışdı?
- Xeyr, heç bir xüsusi hazırlıq olmamışdı. O, hətta AZAL-a məğlubiyyətdən sonra da belə oynamağa davam etməyimizi tapşırmışdı. Qələbə isə öz-özünə gəlir.

- Əsas izləyiciniz "Zirə" ilə xal fərqiniz elə də çox deyil. Bu üstünlüyünüzü marta qədər qoruya bilsəniz, çempionluğu özünüz üçün təmin edə bilərsiniz?
- Xal fərqinin olması yaxşıdır. Amma marta hələ çox var. Elə çempionluqdan da danışmaq tezdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.