Əsgər Abdullayev: Neftçi komanda oyunu sərgiləmədi
"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İlk növbədə "Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Komandamıza gəlincə, istədiyim oyunu görə bilmədim. Biz həmişə komanda oyununa üstünlük vemişik. Amma bu gün o, meydanda görünmürdü.
Nikolas Kanales hələ tam hazır deyil. Amma onun tezliklə hazır olub, meydana dönəcəyinə ümid edirik. Hücumdakı problemi özümüz də mümkün qədər tez həll etmək istəyirik.
Buraxdığımız ilk qol gözlənilməz alındı. Müdafiədə keyfiyyətli oynamağın lazım olduğunu futbolçulara söyləmişdim. Görünür, bu, Ayltona çatmayıb. Nəticə çıxarmağa, qərarlar qəbul etməyə çalışacağıq. Aylton həmin epizodda tam fərqli qərar qəbul etməli idi". (CBC)
