20 fevral 2016 19:40

Qurban Qurbanov: Hələ ki, onlardan istədiyimiz oyunu ala bilmirik

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Çox yaxşı oyun alındı. "Neftçi" bizim üçün həmişə çətin rəqib olub. Heyətində çoxlu gənc və sürətli oyunçu var. Topla da çox yaxşı davranırlar. Amma bu görüşdə hər şey bizim düşündüyümüz kimi alındı. Baxmayaraq ki, çətin oldu. Fikrimcə, azarkeşlər üçün də maraqlı oyun oldu. Hər iki komandanın tempi sonadək qoruyub saxlaması da sevindiricidir.

Yeni futbolçularımızdan Muarem Muaremlə Rahid Əmirquliyevin bu gün oynamaq şansı az oldu. Bu üzdən özlərini tam göstərə bilmədilər. Amma onlardan razıyam. Hər ikisi məşqlərdə öz üzərində çalışır, artırmağa cəhd göstərirlər. Hələ ki, onlardan istədiyimiz oyunu ala bilmərik. Çünki Muarem bir neçə ay futbol oynamırdı, Rahid də təxminən bir ay oynamadı.

Elvin Yunuszadənin iştirak ərizəsində yer almamasına gəlincə, bu, tamamilə normaldır. Biz bu gün hücum futboluna üstünlük verdiyimizə görə, ehtiyat oyunçular arasında da bu tipli futbolçulara yer ayırmışdıq. Reynaldoya gəlincə, o, hələ də bərpa prosesi keçir. O, tezliklə forma yığıb, sıraya dönəcək". (CBC)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.