20 fevral 2016 18:00
Samir Abasov: Komandadan razı qaldığımı deməzdim
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Komandamdan razı qaldığımı deməzdim. Hələ ki, öz oyunumuzu tapa bilmirik. Bu oyunda qələbə qazanmaq psixoloji cəhətdən daha vacib idi. Çünki son üç oyunda uduzmuşduq. Bu dəfə qələbə qazanmağımız çox yaxşı oldu. İndi əvvəlki oyunumuzu geri qaytarmağa çalışırıq". (CBC)
