20 fevral 2016 15:00

Qəbələ Metslə qarşılaşacaq

“Qəbələ” Futbol Akademiyasının komandaları Qətərdə keçirilən beynəlxalq turnirdə çıxış edəcək. Azerisport.az xəbər verir ki, klubun futbolçuları fevralın 21-dən 25-dək davam edəcək “Aspire Tri Series Cup”da qüvvəsini sınayacaq.

Turnirdə 3 klub üç müxtəlif yaş qrupunda mübarizə aparacaq. “Qəbələ” yerli “Aspire” Akademiyasının və Fransanın “Mets” klubu ilə mübarizə aparacaq. Klubların U-12, U-11 və U-10 komandaları üz-üzə gələcək. Fevralın 22-də Qətər və Fransa təmsilçiləri qarşılaşacaq. Ertəsi gün “Qəbələ” “Mets”lə münasibətlərini aydınlaşdıracaq. U-12, U-11 və U-10 komandalarının hər üçü yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da) başlayacaq. Fevralın 24-də isə "Qəbələ" futbolçuları meydan sahibləri ilə görüşəcək. Bu oyunlar da eyni saatda start götürəcək.

Akademiya rəhbərliyi Halim Fıçıcı və Nail Kərimovun başçılıq etdiyi nümayəndə heyətində komandaların baş məşqçiləri Zaur Hacıyev (U-12), Namiq Əliyev (U-11), Anar Surxayev (U-10) turnirdə 16 futbolçuya güvənəcək. U-12 səfərə Emil Umarov, Rəşad Səfərəliyev, Emil Süleymanov, Qədir Süleymanov, Səid Ağazadə, Nuqay Rəşidov, Səid Abdullayev, Elmir Hüseynli, Elmir Şirinzadə, Fuad Əhmədov, Elmir Qələndərov, Hüseyn Hüseynzadə, Cavad Kərimov, Turqut Mustafazadə, Seymur Muradov, Ömər Qurbanovdan ibarət heyətlə çıxır.

U-11 komandasında İlkin Rəcəbli, Rüfət Bədəlzadə, Rəşid Rəşidli, Elvin Qarayev, Okan Təhməzli, Səbuhi Qurbanov, Murad Musayev, Eşqin Əhmədov, Məmməd Muradov, Rəvan Abdullayev, Zəfər Bayramov, Samir Ağayev, Sami Abdullayev, İzahar İzaharov, Aqşin Məmmədov, Fərid Abdullazadə yer alıblar.

U-10 isə turnirdə Əhməd Məmmədov, Elnur Mustafayev, Sənan Məsimov, Əli Tahirov, İlkin Budaqov, Bəxtiyar Piriyev, Nurlan Ağababayev, Mahir Mehdiyev, Rəsul Fəxlulov, Samir Musayev, Ceyhun Bağırzadə, İslam Əbdüləzizov, Asim Əlicanov, Turan Babayev, Murad Abdullayev, Ziya Şəkərxanovdan ibarət heyətlə mübarizə aparacaq.

Qeyd edək ki, yarışın əsasnaməsinə uyğun olaraq, U-12 və U-11 komandaları hər biri 30, U-10 isə hər biri 25 dəqiqə olan iki hissədən ibarət matçlar keçirəcək. U-12 meydana 9, U-11 8, U-10 isə 7 oyunçudan ibarət heyətlə çıxacaq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.