20 fevral 2016 14:00
Domjale Məsimovsuz heç-heçə oynadı
Sloveniyanın "Domjale" klubu mövsümün qalan hissəsinə hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
Sözügedən komanda Sloveniyanın digər klubu "Jilina" ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Məsimov bu oyunda meydana çıxmayıb.
