20 fevral 2016 13:30
Roman Qriqorçuk: Qəbələ ancaq qələbəyə köklənib
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz bu görüşdə Dodonun, Aleksey Antonovun xidmətindən yararlana bilməyəcəyik. Ruslan Abışov da hələ tam hazır deyil. Qalanları sıradadır. Qarşıdakı oyun ciddi yanaşırıq. Xallar toplamağımız lazımdır. Ancaq qələbəyə köklənməliyik. Bunun üçün mümkün hər şeydən yararlanacağıq".
