20 fevral 2016 12:30
Elbrus Məmmədov: Zirə ilə oyunda maksimum nəticəyə çalışacağıq
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətimizdə itki yoxdur. Amma biz oyuna hazırıq. Maksimum nəticəyə nail olmağa çalışacağıq. Evdə oynayacağıq. Bu isə ciddi üstünlük ola bilər. Rəqibin gücünü bilirik. Onlar təsadüfən ikinci pillədə qəralaşmayıblar. "Zirə" müasir və gözəl futbol sərgiləyir. Heyətdə güclü ifaçılar var. Ümid edirəm ki, "Zirə" ilə oynamağa gücümüz çatacaq".
