20 fevral 2016 12:00

Simaitis: Azərbaycanda hansı komanda sabit çıxış edir ki?

"Kəpəz"in qapıçısı Tadas Simaitis Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "İnter"ə 0:1 hesabıyla uduzduqları oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Nə demək olar? Təəssüf ki, məğlub olduq. "İnter"ə qarşı oynamaq çətin idi. Rəqibin əla kollektivi var. Bizə qarşı çox yaxşı oynadılar. "İnter" qələbəni bizdən daha çox arzulayırdı. Bizim oyunumuz isə alınmadı.

- Bu məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
- Heç özüm də bilmirəm. Amma müəyyən səbəbləri var. Məsələn, bu il ilk dəfə süni örtüklü meydanda oynayırdıq. Bu, məyyən mənada bizə mane oldu. Uşaqlar heç də ən yaxşı oyunlarını göstərə bilmədilər. Buna görə də uduzduq.

- Maraqlıdır ki, siz süni örtüklü qazondan şikayətləndiyiniz halda, digər komandalar da Gəncə şəhər stadionunun qazonundan şikayətçidir...
- (gülür) Bəli, doğrudan da elədir. Gəncədəki arenanın qazonu faciəvidir. Belə meydanda oynamaq mümkünsüzdür. Amma nəzərə almaq lazımdır ki, meydana çıxan hər komanda eyni şərtlər altında oynayır. Biz isə üç oyundan sonra süni örtüklü meydanda oynamaq məcburiyyətində qaldıq. Burada isə fərqli futbol oynamaq lazımdır.

- İki ardıcıl məğlubiyyət sizin avrokuboklar uğrunda mübarizə aparmağınıza problem yaratmayacaq?
- Fikrimcə, bizim hələ şansımız qalır. Sadəcə, bu şansdan yararlanmaq lazımdır. Qarşıda daha 15 oyun var. Bu görüşlərdə mümkün qədər çox xal toplamaq lazımdır.

- Sizə elə gəlmir ki, "Kəpəz" indi qeyri-sabit çıxış edir?
- Azərbaycanda hansı komanda sabit çıxış edir ki? Hətta ölkənin ən güclüsü "Qarabağ" da üç oyun ardıcıl qələbə qazana bilmir. Azərbaycan çempionatı çox maraqlıdır. Burada oynamaq xoşuma gəlir. Çünki hansı oyunda xal itirəcəyini bilmirsən. Burada istənilən komanda qələbə qazana bilər. Bu da normaldır.

- Mövsümün birinci yarısını yaxşı keçirdiyinizi nəzərə alsaq, sizə başqa klublardan təklif gəlməyib?
- Təklif yoxdur. "Kəpəz"lə mövsümün sonunadək müqaviləm var. Ondan sonra necə olacağını isə bilmirəm.

- Hazırda çempionatımızın ən sabit qapıçılarından birisiniz. Bu, sizin Litva yığmasına dəvət almağınız üçün yetərli deyil?
- İndi bizim yığmanın yeni baş məşqçisi var. Fikrimcə, yığmamıza düşmək şansım elə də yüksək deyil. Çünki orada "Espanyol"dan Gedryus Arlauskis, Buxarest "Dinamo"sundan Vitautas Çernyauskas, "Renn"dən Edvinas Gertmonas, "Qaziantepspor"dan Jidrunas Karçemarskas var. Onların hamısı yüksək səviyyəli qapıçıdır və yığma komandada çıxış edirlər.

- Deməli, "Kəpəz"də oynamaqla Litva yığmasına düşmək çətindir?
- İnanın ki, qapıçı olmasaydım, başqa mövqedə oynasaydım, indi çoxdan yığmaya dəvət alardım. Amma ölkəmizdə 5-6 yüksək səviyyəli qapıçı olduğundan buna nail olmağım çətindir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.