AZAL Sumqayıta, Neftçi Qarabağa uduzdu
Bu gün Topaz Premyer Liqasında 22-ci turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.
Öncə "Sumqayıt" doğma meydanda AZAL-la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.
Bu oyunun ardından turun mərkəzi görüşü çərçivəsində Azərbaycan çempionatlarının iki daimi iştirakçısı - "Qarabağ"la "Neftçi" üz-üzə gəlib. Bu görüşdə də meydan sahibləri iki cavabsız qolla qalib gəliblər.
Topaz Premyer Liqası
22-ci tur
20 fevral (şənbə)
“Sumqayıt” - AZAL - 2:0 (2:0)
Qollar: M.Ağayev, 32 (1:0). A.Ramazanov, 35 (2:0).
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mahir Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.
“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 10. Uğur Pamuk, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov, 29. Amil Yunanov, 55. Ağabala Ramazanov, 97. Xəyal Nəcəfov, 99. Rasim Ramaldanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 7. Pərdis Fərcad-Azad, 8. Nicat Muxtarov, 22. Tofiq Mikayılov, 39. Emin Mehdiyev, 25. Ayaz Mehdiyev.
Baş məşqçi: Samir Abasov.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 5. Kamil Hüseynov, 6. Tagim Novruzov, 23. Hacı Əhmədov, 10. Nuqzar Kvirtiya, 88. Mirzağa Hüseynpur, 22. Kamal Mirzəyev, 27. Aleksandr Quruli.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Məhəmməd Bədəlbəyli, 4. Qvanzav Maqomedov, 11. Ruslan Nəsirli, 17. Elmin Çobanov, 20. İsmayıl İbrahimli, 77. Adan Koronado.
Baş məşqçi: Tərlan Əhmədov.
“Qarabağ” - “Neftçi” - 2:0 (1:0)
Qollar: S.Armenteros, 8 (1:0). D.Kintana, 80 (2:0).
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov.
Bakı. “Azərsun Arena”.
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 18. İlqar Qurbanov, 15. Rahid Əmirquliyev, 99. Muarem Muarem, 77. Cavid Tağıyev, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
“Neftçi”: 1. Aqil Məmmədov, 3. Jayro, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Anyete, 26. Kamal Qurbanov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 22. Mirabdulla Abbasov, 61. Təyyar Məmmədov, 95. Elvin Bədəlov, 8. Elşən Abdullayev, 18. Elşən Rzazadə.
Baş məşqçi: Əsgər Abdullayev.
Turun digər oyunları: “İnter” - “Kəpəz” - 1:0. 21 fevral (14:00. “Xəzər Lənkəran” - “Zirə”, 16:30. “Rəvan” - “Qəbələ”).
Bombardirlər:
8 - Riçard Almeyda ("Qarabağ").
7 - Ruslan Qurbanov ("Neftçi").
6 - Amil Yunanov ("Sumqayıt"), Aleksey Antonov ("Qəbələ"), Nelson Bonilya ("Zirə").
