20 fevral 2016 01:00
Nazarov Karlsruenin start heyətində meydana çıxacaq
Almaniya mətbuatı Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun ikinci bundesliqanın 23-cü turu çərçivəsində Braunşveyq "Ayntraxt"ı ilə oyunda "Karlsrue"nin start heyətində meydana çıxacağını yazıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü son turlarda bir qayda olaraq ehtiyat oyunçular skamyasında yer alır və ikinci hissədə meydana çıxırdı.
Amma alman həmkarlarımız onun növbəti oyunda ilk dəqiqələrdən meydanda olacağını qeyd edib. Oyun bu gün - fevralın 20-də baş tutacaq.
Qeyd edək ki, Nazarovun komandası hazırda 29 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
