19 fevral 2016 20:30

Elvin Məmmədov: İnterə keçərkən Debretsen mənə müqavilə təklif etsə də, uşaqlıq etdim

"Zirə"nin yarımmüdafiəçisi Elvin Məmmədov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Cənub səfərindən nə gözləyirsiniz?
- Bizim üçün çətin oyun olacaq. Amma xal ehtiyatımızı artırmaq üçün əlimizdən gələni edəcəyik. Baxmayaraq ki, Lənkəranda oynamaq bütün komandalara çətin olur.

- Əksəriyyət "Zirə"ni Azərbaycanın "Lester Siti"si hesab edir...
- (gülür) "Lester"ə çatmağımıza çox var. Amma əldə etdiyimiz uğurlara görə belə müqayisələr aparmaq olar.

- "Zirə"yə keçidinizdən sonra biz yenidən "İnter"dəki Elvin Məmmədovu görməyə başlamışıq. Bəs "Qarabağ"da niyə alınmadı? Bu komandaya keçidinizi səhv addım hesab etmirsiniz?
- "İnter"dən gedişimə klubun aqibəti ilə bağlı qeyri-müəyyənlik səbəb oldu. Uşaqların ötən mövsümün ikinci yarısında hansı çətinliklərlə üzləşdiyini bir Allah bilir. İndi orada hər şey normallaşıb. Ümid edirəm ki, bundan sonra da hər şey yaxşı olacaq. Çünki bu klub ancaq ən yaxşısına layiqdir. "Qarabağ"a gəlincə, orada 20 oyun keçirdim. Tənqidlərə həmişə açıq olmuşam. Ola bilsin ki, orada özümü göstərə bilmədim. Oyunum alınan matçlar da olurdu, alınmayan da. Səhvi həmişə özümdə axtarmışam. Baş məşqçi də mənə hansısa qadağa qoymamışdı ki, meydanda ancaq bunu et və ya bunu etmə.

- Bəlkə "Qarabağ"da rəqabətə tab gətirə bilmədiniz?
- Sənə inam olandan sonra istənilən komandada rəqabət apara bilərsən. Belə olan halda düşünürsən ki, bir halda sənə inanırlar, deməli, öz üzərində daha çox çalışmalısan. Mövsümün birinci dövrəsində mən özümə qarşı belə inamı görürdüm. Amma qış toplanışı zamanı bu münasibətin dəyişdiyini gördüm. Bunu hiss edirdim. Azərbaycanda istənilən futbolçu ilə rəqabət aparmaq olar: həm yerlilərlə, həm də legionerlərlə.

- Ötən mövsüm ili 250-300 min dollara oynayan futbolçular indi ayına 2-3 min manat alır. Bu qədər fərqin yaranmasına səbəb sadəcə, ölkəmizdəki iqtisadi vəziyyətdir, ya başqa səbəbləri var?
- Bunda hər kəsin günahı var. Şişirdilmiş qiymətlərə legioner gətirilirdi. Bu, klub rəhbərlərinə aiddir. Çünki onlara həmin o pulu məhz klub rəhbərləri verirdilər. Belə olan halda yerli futbolçular da rəhbərlikdən böyük pullar tələb etməli olurdular. Futbolda pul çox önəmli amildir. Ola bilsin ki, indi komandaların hər biri digərinə qarşı bərabər səviyyədə mübarizə apara bilir. Amma etiraf etmək lazımdır ki, bu, Premyer Liqamızın səviyyəsinin aşağı düşməsindən irəli gəlir.

- "Xəzər Lənkəran"ın və gənclərdən ibarət yığmamızın hücumçusu Elnur Cəfərovun İspaniya "Real Ovyedo"suna baxışa yollandığını eşitmisiniz?
- Bəli, mətbuatdan oxumuşam. Elnurun oyun üslubu İspaniya futboluna yaxındır. O, meydanda soyuqqanlıdır, istedadlı oğlandır. Fikrimcə, "Real Ovyedo"ya faydalı olacaq. Azərbaycanda istənilən vaxt özünə klub tapa bilər. Əsas özünü xaricdə sınamaqdır.

- Bəs sizinlə xarici klublardan maraqlanan var?
- "İnter"ə keçməzdən öncə mənimlə Macarıstanın "Debretsen" klubu maraqlanırdı. Həmin vaxt onlar Çempionlar Liqasında oynayırdılar. Müqavilə təklif etdilər. Amma mən uşaqlıq etdim, getmədim. Ola bilsin ki, mənə düzgün yol göstərən olmadığına görə Azərbaycanda qalası oldum. Amma indi gənclərimizin ölkə xaricinə getməyə çalışması çox yaxşıdır. Bu, təkcə onlar üçün yox, Azərbaycan futbolu üçün də yaxşıdır.

- "Zirə" avrokuboklara vəsiqə qazansa da belə, hələ qitə arenasına buraxılacağınız dəqiq deyil...
- Bundan xəbərim var. Bizə deyiblər ki, siz öz işinizi görün, rəhbərlik də bu məsələ ilə məşğuldur. Allah eləsin ki, mövsümü turnir cədvəlinin üst pillələrində başa vuraq və avrokuboklara vəsiqə qazanaq, rəhbərlik də məlum problemi yoluna qoysun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.