19 fevral 2016 18:00
Şahin Diniyev: İnter layiqli qələbə qazanmadı
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Baxmayaraq ki, layiqli qələbə qazanmadılar. Biz də qələbəyə yaxın idik. Çünki yaxşı oynadıq. Sadəcə, üstünlüyümüzdən və qol vəziyyətlərimizdən yararlana bilmədik. Bu oyun bizim liderlər qrupunda qalmağımız baxımından vacib idi. Amma biz bu şansdan istifadə etməyi bacarmadıq. Belə oynamağa davam etsək, xal qazana biləcəyik". (CBC)
