Zaur Svanadze: Bu tempdə davam edəcəyimizə ümidliyəm
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyundan öncə psixoloji problemimiz yox idi. Əvəzində başqa problemlərimiz var idi. İlk növbədə heyətlə bağlı problemlərimizi qeyd edərdim. Ötən gün iki futbolçumuz mənə oynaya bilməyəcəyini söylədi. Oyundan öncəki məşqimizdə cəmi 12 futbolçumuz iştirak etmişdi. "Kəpəz"in necə oynayacağını bilirdik. Buna da uyğun hazırlaşmışdıq. Şadam ki, qələbə qazandıq. Bu tempdə davam edəcəyimizə ümidliyəm. Növbəti turda qarşılaşacağımız "Qarabağ"la oyun daha çətin olacaq. Amma ümid edirəm ki, heyətlə bağlı problemlərimiz azalacaq". (CBC)
