19 fevral 2016 16:30
Bəhmən Həsənov: Qəbələyə qalib gəlmək istəyirik
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətimizdə itkilər var. Ən ciddi itki Saşa Yunisoğlunun olmamasıdır. Onun yoxluğunda müdafiəni qurmağımız çətin olacaq. Amma nə edə bilərik, oynamaq lazımdır. Rəqibimizin də heyətində də itkilər var. Lakin "Qəbələ"nin ehtiyat oyunçular skamyası böyükdür və bizim qədər problemlə üzləşəcəklərini düşünmürəm. İstənilən halda "Qəbələ"yə qalib gəlmək istəyirik. Hücum futbolu göstərməyə çalışacağıq. Ümid edirəm ki, "Zirə" ilə oyundakı səhvləri təkrarlamarıq".
