19 fevral 2016 15:20
Rəvanda Qəbələ ilə oyun öncəsi ciddi itkilər
"Rəvan" Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ" ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubunun heyətində bu görüş öncəsi ciddi itkilər var.
Belə ki, baş məşqçi Bəhmən Həsənov cəzalı durumda olan Yasin Hamid və Kənan Müslümovun xidmətindən yararlana bilməyəcək. Zədəli Saşa Yunisoğlunun da meydana çıxmayacağı dəqiqdir. Cəmşid Məhərrəmovun oynaması isə sual altındadır.
