19 fevral 2016 14:20
Fortuna Eratla müqavilə imzalamayacaq
Almaniyanın "Fortuna" klubunun idman direktoru Raşid Azuzi bəyan edib ki, onlar bir neçə futbolçu ilə yeni müqavilə imzalamayacaqlar. Azerisport.az xəbər verir ki, Düsseldorf təmsilçisinin yollarını ayırmağa hazırlaşdığı futbolçulardan biri də Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratdır.
Azuzinin sözlərinə görə, Eratla müqavilənin müddəti bu ilin 30 iyununda başa çatacaq. Ondan sonra yığmamızın yarımmüdafiəçisi azad agent kimi bu klubdan ayrılacaq.
Qeyd edək ki, Erat özü də bir müddət öncə "Fortuna"nı tərk etmək istədiyini açıqlamışdı. Buna səbəb onun əsas komandada yox, klubun U-23 komandasında çıxış etməsidir.
