19 fevral 2016 14:00
Samir Abasov: AZAL-la oyuna son matç gözü ilə baxırıq
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində AZAL-a qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AZAL-la oyuna son matç kimi baxırıq. Meydana da məhz bu istəklə çıxacağıq. İtiriləsi, qorxulası heç nə yoxdur. Nə olacaqsa, olacaq. Amma qələbə qazanacağımıza ümidliyik. AZAL-la bərabər səviyyədə komandayıq. Sadəcə, onların legionerləri var, bizim yox. Evdə oynayacağıq. Bunun bizim üçün nə dərəcədə üstünlük olduğunu zaman göstərəcək. Onlarda əhval-ruhiyyə bizdəkindən daha yaxşıdır. Amma biz də uğursuz seriyaya son qoymaq istəyindəyik".
