19 fevral 2016 13:20
Sumqayıt AZAL-la oyuna tam heyətlə hazırlaşa bilmir
"Sumqayıt" Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində qarşılaşacağı AZAL-la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Samir Abasovun komandasında heyətlə bağlı ciddi problemlər var.
Belə ki, son turda Qəbələyə səfər edən sumqayıtlıların bir neçə futbolçusu xəstələnib. Amit Quluzadə, Ağabala Ramazanov, Aleksandr Çertoqanov məhz bu üzdən növbəti oyunun hazırlığına qatıla bilmir. Quluzadənin həm də sarı vərəqə limitini doldurduğunu nəzərə alsaq, onun qarşıdakı görüşdə meydana çıxmayacağı dəqiqdir. Digər futbolçuların meydana çıxmaq şansı isə hələ də qalır.
