19 fevral 2016 13:00
Əsgər Abdullayev: Bizə yaxşı nəticə lazımdır
"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətimizdə itkilər var. Məqsəd İsayevlə Məhəmməd Qurbanov zədəlidir. Buna baxmayaraq, qarşıdakı oyuna ciddi hazırlaşırıq. Rəqibin nə dərəcədə güclü olduğunu, necə güclü ifaçılara malik olduğunu hamımız yaxşı bilirik. Bu iki klub arasında həmişə güclü rəqabət olub. Çətin oyun olacaq. Turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmaq üçün bizə yaxşı nəticə qazanmaq lazımdır. Azarkeşlərimizi sevindirmək istəyirik".
