19 fevral 2016 12:00
Azərbaycan - Qazaxıstan matçının stadionu müəyyənləşdi
Məlum olduğu kimi, Azərbaycan yığması martın 26-da Türkiyənin Antalya şəhərində Qazaxıstanla yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, artıq bu görüşün hansı arenada keçiriləcəyi də bəllidir.
Belə ki, görüş "Qloriya Sports Arena"da baş tutacaq. Hansı ki, yanvar ayında "Qəbələ" Antalya toplanışı çərçivəsində Ukrayna "Dnepr"i ilə məhz bu arenada qarşılaşmışdı.
Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
