Yuli Bulıçev: Simurqun bəzi futbolçuları ilə indi də əlaqəm var
"Simurq"un sabiq yarımmüdafiəçisi Yuri Bulıçev vaxtilə bu komandada birgə oynadığı futbolçuları yada salıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Simurq"da keçirdiyim dövrlə bağlı ancaq xoş sözlər söyləyə bilərəm. Zaqatalalı azarkeşlərin bizi necə dəstəklədiyini yaxşı xatırlayıram. Bizə qarşı çox yaxşı münasibət var idi. Biz də bunun qarşılığında klub üçün əlimizdən gələni edirdik. Həmin vaxt birgə oynadığım futbolçulardan bəzisi ilə hələ də əlaqəm var. Bu yaxınlarda Tiflisdə David Bolkvadze ilə görüşdüm. Taras Çopik və Ruslan Qunçakla da görüşürəm. Sosial şəbəkədə Ramil Sayadov, Ramin Nəsibov, Orxan Rəcəbovla əlaqə saxlayıram. "İliçevets"də oynayanda Mixail Starostyakla da görüşürdüm. O, bu klubda məşqçi işləyirdi. Kamran Ağayevi, Vaqif Cavadovu, Rəşad Sadıqovu, Samir Abasovu yaxşı xatırlayıram".
