19 fevral 2016 00:20
Elvin Məmmədov: Mənə qarşı münasibət dəyişdiyi üçün Qarabağdan ayrıldım
"Zirə"nin yarımmüdafiəçisi Elvin Məmmədov komandasının "Qarabağ"la çempionluq yolunda apardığı rəqabətdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnam varsa, "Qarabağ"ın futbolçuları ilə rəqabət aparmaq olardı. Sənə inam olanda, daha artıq nəsə edəcəyini düşünürsən. Birinci dövrədə "Qarabağ"da oynayanda özümə qarşı inam olduğunu görürdüm. Amma qış fasiləsi zamanı toplanışda olanda mənə qarşı münasibətin tamamilə fərqli olduğunu gördüm. Futbolçu bunu hiss edir. Azərbaycanda çıxış edən istənilən yerli və legioner futbolçu ilə rəqabət aparmaq mümkündür. Bunu hamı bilir".
