19 fevral 2016 00:10

Rzayev: Əvvəlki turlarda göstərdiyimiz oyunu sərgiləyə bilsək, qalib gələcəyik

Topaz Premyer Liqasının 22-ci turunda “Kəpəz” Bakı səfərində “İnter”in qonağı olacaq. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi ilə qarşılaşma öncəsi “sarı-göylər”in futbolçusu Tural Rzayev oyunla bağlı fikirlərini klub saytı ilə bölüşüb:

“Qarşıdakı oyuna hazırlığımız həmişə olduğu kimi yüksək səviyyədə keçib. Xüsusi bir məşq planı olmayıb. Digər görüşlərə necə hazırlaşmışıqsa, elə də məşq etmişik. Çempionatda asan oyun və ya zəif rəqib anlayışı yoxdur. Bilirik ki, “İnter” ilə matç bizim üçün çətin keçəcək. Hədəfimiz bəllidir – qələbə qazanmaq istəyirik”.
 
Əvvəlki iki dövrədə keçirilən “İnter” – “Kəpəz” qarşılaşmalarında 1:0 və 0:0 hesabları qeydə alınıb. Bakı klubu ilə üçüncü görüşün nəticəsini öncədən təxmin etmək çətin olsa da, məlum olan oyunun maraqlı mübarizə şəraitində keçəcəyidir: “Gərgin oyun olacaq, “İnter” kifayət qədər ciddi və güclü rəqibdir. Komandanın turnir cədvəlindəki yeri də gücündən xəbər verir. Rəqibin heyətində çox təhlükəli yerli və əcnəbi futbolçular var. Ona görə qarşıda bizi asan oyunun gözləmədiyini söyləyə bilərəm”.

Gənc yarımmüdafiəçinin sözlərinə görə, “Kəpəz” öz oyununu nümayiş etdirə bilsə, komanda “İnter”lə görüşdə arzuladığı nəticəni qazana biləcək: “Əvvəlki turlarda göstərdiyimiz oyunu sərgiləyə bilsək, qalib gələcəyik. Çempionatda öz oyunumuzla digərlərindən geri qalmadığımızı göstərmişik. Məncə, Premyer Liqada ən yaxşı, baxımlı və rəngarəng futbol nümayiş etdirən komandalardan biri elə “Kəpəz”dir. Qış fasiləsindən sonra “Qəbələ”, AZAL və “Qarabağ”la oyunlarda necə mübarizə apardığımızı hamı gördü. Sonuncu görüşün ilk 15 dəqiqəsini çıxmaq şərtilə Ağdam klubu ilə başa-baş oynadıq. “Qarabağ” ilə matçın ədalətli nəticəsi də, heç-heçə idi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.