19 fevral 2016 00:15
Şahin Diniyev: Bizi 6 xallıq oyun gözləyir
Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində qarşılaşacaqları “İnter”lə matç öncəsi "Kəpəz"in baş məşqçisi Şahin Diniyev klub saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bizi 6 xallıq oyun gözləyir. Rəqiblə turnir cədvəlində qonşuyuq. Liderlər qrupundan aralı düşməmək üçün hər iki komandaya uğur qazanmaq lazımdır. Ona görə matç həm bizim, həm də onlar üçün vacibdir. Bakı təmsilçisi uğura ac olan komandadır. Son oyunlarda yaxşı oynayıb qələbə qazana bilməyiblər. Bu səbəbdən “Kəpəz” ilə görüşdə qələbə qazanmağa və bu yolda bizə böyük problemlər yaratmağa çalışacaqlar. Deyərdim ki, şanslar bərabərdir”.
