19 fevral 2016 00:00
Kəpəz İnterlə oyuna hazırdır
“Kəpəz” Topaz Premyer Liqasının 22-ci turunda Bakıda qarşılaşacağı “İnter” ilə oyunun hazırlıqlarını tamamlayıb. Azerisport.az xəbər verir ki, "sarı-göylər” qarşıdakı matçın son məşqinə oyunun keçiriləcəyi “İnter Arena”da çıxıb.
Uzun müddətə sıradan çıxan Dario Frederikonu nəzərə almasaq, komandanın heyətində itki yoxdur. Digər zədəlilərin olmaması və ötən tur cəzalı olan Budaq Nəsirovun sıraya dönməsi məşqçilər korpusunu sevindirir. (klub saytı)
