18 fevral 2016 20:00
Amil Yunanov: Sumqayıt istənilən rəqibə qalib gələ bilər
"Sumqayıt"ın forvardı Amil Yunanov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Qəbələ"yə məğlub olmalarına (0:1) münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyunda xal qazanmağı çox istəsək də, alınmadı. Onlar öz meydanda oynadıqlarına görə qələbə qazandılar. Amma biz də ələ düşən qol şanslarından yararlana bilsəydik, hesab fərqli olacaqdı. Xüsusilə matçın sonunda gözəl qol vəziyyəti yaratdıq. Qol vurmağa borclu idik. Tezliklə özümüzə gəlib, qələbə qazanmağa başlayacağımıza ümid edirik. Biz istənilən rəqibə qalib gələ bilərik".
