18 fevral 2016 17:40

Rahid Əmirquliyev: Neftçi ilə oyunda meydana çıxmağa hazıram

"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Özünüzü zədədən sonra necə hiss edirsiniz?
- Bu həftədən etibarən komanda ilə məşqlərə başlamışam. Özümü yaxşı hiss edirəm.

- Deməli, "Neftçi" ilə prinsipial qarşılaşmaya qədər hazır olacaqsınız?
- Demək olar ki, hazıram. Baxmayaraq ki, artıq bir aydır oyun təcrübəm yoxdur. Bu, əlbəttə, mənfi haldır.

- Amma hər halda qarşıdakı oyunda özünüz meydanda olmağı istəyərsiniz...
- Əlbəttə, meydana çıxmaq, oynamaq istəyirəm. Amma belə bir şans qazanıb-qazanmayacağımı dəqiq bilmirəm. Buna baş məşqçi qərar verəcək. Tam hazır olduğumu hesab etsələr, yəqin ki, oynayaram. Komandama kömək etmək istəyirəm. Amma hər şey özümdən asılı deyil.

- "Neftçi" ilə oyundan nə gözləyirsiniz?
- Öz meydanımızda oynayacağıq. Ona görə də yaxşı oyun sərgiləməyə, üç xal qazanmağa çalışacağıq. "Qarabağ" bu mövsüm "Neftçi"yə qalib gələ bilməyib. Artıq qələbə qazanmaq vaxtıdır.

- Yəqin ki, "Neftçi"nin "Xəzər Lənkəran"la oyununa baxmısınız...
- Bəli, baxdım. "Xəzər Lənkəran"dan elə oyun gözləmirdim. Keçmiş komandam ikinci hissəni daha yaxşı keçirdi. Qol da vura bilərdilər. Yenə də nəsə çatışmadı. Bu, "Xəzər Lənkəran"da ənənəvi hala çevrilib. İstənilən halda gənc futbolçuların sərgilədiyi oyun optimist olmağa əsas verir.

- "Zirə" sizdən altı xal geri qalır, "Qəbələ" isə on xal. Bu, sizi arxayınlaşdırmır?
- Son iki oyunumuz da göstərdi ki, komandamızda arxayınlıq yoxdur. Ola da bilməz. Cəmi iki oyunda xal itirmək yetərlidir ki, üstünlüyümüzü itirək. Bizdən çempionluq yolunda xal almaq istəyən komandalar çoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.