18 fevral 2016 14:30
Zaur Svanadze: Kamran Ağayev Kəpəzə qarşı oynayacaq
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqib ciddi komandadır. Onlar üçüncü dövrəyə də yaxşı başlayıblar. Bu rəqiblə görüş bizim üçün çətin olacaq. Ümid edirəm ki, yaxşı oynayıb, qələbə qazanacağıq. 3 oyunluq diskvalifikasiyanı başa vuran Kamran Ağayev də sıraya dönəcək. O, "Kəpəz"ə qarşı oynayacaq".
