Şahin Diniyev: İnterlə heç-heçə bizim üçün pis nəticə olmayacaq
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Budaq Nəsirov cəzalı idi, amma bu oyunda sıraya dönəcək. Başqa heç bir itkimiz yoxdur. Qarşıdakı oyun hər iki komanda üçün turnir cədvəlinin liderlər qrupunda möhkəmlənmək baxımından vacibdir. Üç xal üçün mübarizə aparacağıq. Amma bu, heç də ən son hədəf deyil. Heç-heçə bizim üçün heç də pis nəticə sayılmayacaq. Nəticəyə ac olan komandaya qarşı oynayacağıq. Onlar yaxşı oyun sərgiləyirlər, qol vəziyyəti yaradırlar, sadəcə, nəticə qazanmaq baxımından problem yaşayırlar. Bizə çətin olacaq. Amma mümkün qələbə turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmağa kömək edəcək".
