18 fevral 2016 13:45
Paşayev Qəbələdə nömrə seçimini etdi
"Qəbələ" bu gün yeni transferi Pavel Paşayevi Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü yeni klubunda 5 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, "Qəbələ"də bu nömrə altında vaxtilə Georgi Floresku çıxış edirdi. Paşayevin "Qəbələ" ilə mövsümün sonunadək müqavilə imzaladığını da xatırladaq.
