18 fevral 2016 12:30
Rövnəq Abdullayev AFFA prezidentliyinə namizədliyini irəli sürdü
AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Rövnəq Abdullayev 2016-cı il mart ayının 11-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb. Azerisport.az xəbər verir ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə isə 2012-ci ildə AFFA-nın prezidenti seçilib. (AFFA)
