17 fevral 2016 19:30
Elnur Abdullayev: Kəpəz və Qarabağla ev oyunlarında qalib gələcəyimizə inanıram
"İnter"in yarımmüdafiəçisi Elnur Abdullayev komandasının Topaz Premyer Liqasındakı çıxışı barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"i qarşıdakı iki turda "Kəpəz" və "Qarabağ"la ev oyunları gözləyir. Niyə də bu rəqibləri məğlub etməyək? Çempionatda istənilən komandadan xal almaq olar. Əlbəttə, hər iki oyun çox çətin olacaq. Bu üzdən də sonadək mübarizə aparmaq lazımdır. İnanıram ki, qarşıdakı turlarda qələbə qazana biləcəyik".
