17 fevral 2016 16:00
Əliyar Ağayev: Son turlar təyinat almamağımın səbəbini HK-də daha yaxşı bilərlər
FİFA referisi Əliyar Ağayev Topaz Premyer Liqasının son turlarına təyinat almamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son iki turun oyunlarına niyə təyinat almamağımın səbəbini sizə deyə bilmərəm. Çünki bunu özüm də bilmirəm. Ən yaxşısı bunu Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan soruşun. Hakimlər Komitəsindən mənim niyə təyinat almamağımın səbəbini daha yaxşı bilərlər. Yəqin ki, onların səbəbləri var. İdarə etdiyim son oyuna görə mənə nə qədər qiymət verildiyini də sizə deyə bilmərəm. Çünki bizə idar etdiyimiz oyunları şərh etməyi qadağan ediblər. Sabah 22-ci turun oyunlarına təyinatlar açıqlanacaq. Yenidən turu buraxıb-buraxmayacağıma da ondan sonra aydınlıq gələcək".
