17 fevral 2016 13:40

Elnur Cəfərov: Nəyə qadir olduğumu göstərə bilsəm, İspaniyada qalmaq şansım var

Azərbaycanın U-21 yığmasının və "Xəzər Lənkəran"ın futbolçusu Elnur Cəfərovun azerisport.az saytına müsahibəsi

- İspaniyaya uçuşunuz necə keçdi?
- Yaxşı. Öncə Madridə gəldim. Bir neçə saat orada qaldıqdan sonra Ovyedoya yollandım. Məni yaxşı qəbul etdilər. Özümü normal hiss edirəm.

- Sizi harada yerləşdiriblər?
- Baxışda olduğum dövrdə oteldə qalacağam. Bu, təxminən bir həftə və ya on gün çəkəcək. Xoşlarına gəlsəm, qalacağam. Elə olan halda klub mənim yaşamağım üçün yer təşkil edəcək.

- "Real Ovyedo"da qalmaq şanslarınızı necə qiymətləndirərdiniz?
- İndi mənə bu barədə danışmaq çətindir. İlk məşqdən sonra nəsə demək olar. Təbii ki, hər şey özümdən asılıdır. Nəyə qadir olduğumu tam göstərə bilsəm, qalmaq şansım var. Güclü klubdur. La Liqada oynayıb. İndi Sequnda liqada üçüncü yerdə qərarlaşıb və İspaniya futbolunun elitasına qayıtmağa çalışır.

- İspaniya klubunun maraq dairəsinə düşməyiniz necə baş verdi?
- Tanışlar bu barədə onlara danışıblar. Bu barədə çox danışmaq istəmirəm. Əsas odur ki, hazırda İspaniyadayam və bu, mənim üçün böyük şansdır. Bu şansdan yararlanmağım lazımdır.

- Yəqin ki, ispan dilini bilmədiyiniz üçün sizə çətindir...
- Təbii ki, müəyyən vaxt ərzində bu, çətinlik yaradacaq. Amma bu, həlli mümkün məsələdir. Hər halda mən dil bilmədən xaricə yollanan ilk futbolçu deyiləm.

- Transfer pəncərəsinin bağlandığını nəzərə alsaq, bu kluba keçəcəyiniz halda bu mövsüm oynamağınız mümkün olmayacaq...
- Hazırda bu, mənim üçün vacib deyil. İndi mən yalnız özümü yaxşı tərəfdən göstərmək barədə düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.