17 fevral 2016 12:30
Bu gün Nazim Süleymanov ad gününü qeyd edir
Bu gün “Neftçi”nin veteran futbolçusu, Azərbaycan U-19 yığma komandasının baş məşqçisi Nazim Süleymanovun doğum günüdür. Azerisport.az xəbər verir ki, 1965-ci ildə dünyaya gəlmiş sabiq yarımmüdafiəçi 1983-1990-cı illər ərzində “Neftçi”nin heyətində 190 oyun keçirib, 32 qol vurub. 1992-1998-ci illər ərzində Azərbaycan milli komandasının heyətində keçirdiyi 24 oyunda 5 qol vurmuş Nazim Süleymanov “Neftçi”nin baş məşqçisi (2013), Azərbaycan milli komandasının məşqçisi (2012-2013) vəzifələrində də çalışıb.
Veteran futbolçumuzu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür arzulayırıq. (Neftçi PFK)
