17 fevral 2016 12:00
Qarabağın kapitanına altı tikiş qoyuldu
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Kəpəz"lə səfər oyunundan (2:1) sonra cərrah müdaxiləsinə məruz qalıb. Azerisport.az xəbər verir ki, o, rəqib futbolçu Julien Ebahla təkbətək mübarizə zamanı başından ağır zədə almışdı və sarğı ilə oynamaq məcburiyyətində qalmışdı.
Oyundan sonra isə onun başına altı tikiş qoyulub. Buna baxmayaraq, Sadıqovun növbəti turda "Neftçi"yə qarşı oynamasında problem gözlənilmir.
