17 fevral 2016 11:45
Elnur Cəfərov: Bu, mənim üçün böyük şansdır
Azərbaycanın gənclərdən ibarət yığma komandasının və "Xəzər Lənkəran"ın gənc yarımmüdafiəçisi Elnur Cəfərov İspaniya Sequndasında çıxış edən "Real Ovyedo" klubunun düşərgəsinə yollanmasına münasibət bildirib. Azeisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məni İspaniyada yaxşı qarşıladılar. Bu gün komandanın əsas heyəti ilə ilk məşqə çıxacağam. Bu, mənim üçün böyük şansdır. Bundan yararlanmağa çalışacağam".
