17 fevral 2016 00:45

Nurlan Novruzov: Xəzər Lənkərana qalib gəlmək üçün daha çox əziyyət çəkməliyik

"Zirə"nin hücumçusu Nurlan Novruzov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Rəvan"a 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Zirə"nin "Rəvan"a çətinliklə qalib gəlməsinə nə səbəb oldu?
- Oyunun çətin keçəyəcəyini bilirdik. Ona görə də matça ciddi hazırlaşmışdıq. Şadam ki, layiqli qələbə qazandıq.

- Matçın sonunda arxayınlaşdığınıza görə qol buraxdınız?
- Xeyr, arxayınlıq yox idi. Sadəcə, ələ düşən qol vəziyyətlərindən yararlana bilmirdik. Qonaqlar isə uzaqdan zərbə ilə hesaba tarazlıq gətirdilər. Buna baxmayaraq, biz ruhdan düşmədik və sonadək mübarizə aparıb, qələbə qolunu vurmağı bacardıq.

- İkinci qolu siz də vura, qəhrəman ola bilərdiniz. Amma penaltidən öncə qapı tirini nişan aldınız...
- Adətən elə ötürmələr anında mən sonadək gözləyirəm və qapıya zərbə endirirəm. Amma həmin epizodda bəxtim gətirmədi. Amma əsas odur ki, komandamız penalti qazandı və yaxşı ki, bu şansdan yararlanıb, qol vura bildik.

- "İnter"ə qol vurdunuz, "Sumqayıt"la oyunda əsas heyətdə idiniz. Deyəsən, əsas heyət üzvünə çevrilməyə başlamısınız...
- Meydana çıxdığım oyunlarda əlimdən gələni edirəm. Baş məşqçi də bütün bunları görür. Bu gün yaxşı formadayamsa, bu, komanda yoldaşlarımın, məşqçilərimizin sayəsindədir. Onlar məni həmişə dəstəkləyiblər. Hətta zədəli olanda da.

- "Zirə" çempionatın sonunadək 6 xal geri qaldığı "Qarabağ"la mübarizə apara biləcək?
- Bizim 38 xalımız var və ikinci pillədəyik. Bu, sevindirməyə bilməz. "Qarabağ" çox güclü rəqibdir. Amma biz hazırda daha çox qarşıdakı oyunları düşünürük. Çempionatın sonunadək qələbələrimizin sayının daha çox olmasını istəyirik.

- Qarşıda "Xəzər Lənkəran"la oyun var...
- Bizi ağır oyun gözləyir. Artıq hazırlığa başlamışıq. Lənkəran stadionunun qazonu elə də ideal deyil. Bu üzdən də bizim nəticə qazanmaq üçün daha çox əziyyət çəkməyimiz lazım gələcək.

- "Zirə"nin bəzi futbolçuları avrokuboklara vəsiqə, bəzisi isə yaxşı yerlərdən birini tutmaq barədə danışır...
- Mövsümün əvvəlində biz çempionatdakı mövqeyimizi möhkəmləndirmək barədə düşünürdük. Amma sonradan gördük və düşündük ki, niyə də medallar uğrunda mübarizə aparmayaq? Sadəcə, indidən avrokuboklardan danışmaq tezdir.

- İngiltərə Premyer Liqasında çıxış edən "Lester Siti" bu mövsümün sürpriz komandası özündən çox söz etdirib. "Zirə"ni Azərbaycanın "Lester"i adlandırmaq olar?
- Bu barədə düşünməmişdim. Bizim hədəfimiz bundan sonrakı oyunlarda da qələbə qazanmaqdır.

- Martda Azərbaycan yığmasının toplanışı olacaq. Həmin toplanışa dəvət almaq istərdiniz?
- Əlbəttə. Robert Prosineçki dəvət etsə, toplanışa gedəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.